Fevralın 19-da Mərkəzi Bank 100 dollara 156 manat 35 qəpik qiymət qoyub. Ötən gün rəsmi məzənnə 156 manat 44 qəpik idi.
Avro da dəyər itirib. Fevralın 18-də 100 avro 174 manat 24 qəpiyə təklif olunub, bu gün rəsmi kurs 173 manat 95 qəpikdir.
100 Rusiya rublu isə ötən günlə müqayisədə 4 qəpik ucuzlaşıb və 2 manat 4 qəpiyə satılır.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Mərkəzi Bank və Dövlət Neft Fondu bu il manatın kursunu qorumağa 1 milyard 215 milyon 534 min ABŞ dolları sərf ediblər.