• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hökumətin layihəsinə yalnız hakim partiya və daşnaklar səs verdi

  • 19 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 19-da Ermənistan parlamentinin növbədənkənar iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasda Ermənistan hökumətinin strukturunda dəyişiklik layihəsi müzakirə olunub, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsi qanunu qəbul edilib.

Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi 2014-cü ilin sonunda yaradılıb. “Hökumətin strukturu haqqında” qanunda dəyişikliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunur, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılır.

Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Daşnaklara veriləcək postlardan birinin ərazi idarəçiliyi və inkişaf naziri kürsüsü olacağı bildirilir.

Parlamentin 19 fevral iclasında çıxış edən ədliyyə naziri Arpine Ovannisyan deyib ki, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsini siyasi razılaşma zəruri edir. Nazir vurğulayıb ki, hökumətin strukturundakı yenilik dövlət büdcəsində ciddi xərclərin yaranmasına gətirib çıxarmayacaq.

Qanun layihəsinin lehinə parlamentin iki fraksiyası – Respublika Partiyası ilə Daşnaksütun Partiyası səs verib. Digər fraksiyalar layihənin əleyhinə çıxıblar. Sabiq prezident Robert Köçəryana yaxın olan Çiçəklənən Ermənistan Partiyası fraksiyasının lideri Naira Zöhrabyan siyasi alverin qəti əleyhinə olduğunu bildirib və qeyd edib ki, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin yaradılması hökumətin strukturunun optimallaşdırılması ilə əsaslandırılmışdı, indi isə yenidən iki nazirlik qurulur.

Erməni Milli Konqresi fraksiyasının lideri Levon Zurabyan isə qeyd edib ki, idarəçiliyi siyasi maraqlara, iki siyasi qüvvənin razılaşmasına qurban vermək olmaz. O, indiki şəraitdə Ermənistanda koalisiya yaradılmasına hər hansı bir zərurət olmadığını vurğulayıb.

İdxal azaldı: manat dinclik tapa bilərmi?

  • 19 Fevral 2016
  • comments

54 gün mühasirədə

  • 19 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda