• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlham Əliyev Gəncəyə səfər edib

  • 17 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev fevralın 17-də Gəncəyə səfər edib. “İmamzadə” dini kompleksində təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan dövlət başçısı mərasimdə nitq söyləyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov da çıxış ediblər.

Prezidentə bildirilib ki, “İmamzadə” dini kompleksində yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ — portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.

Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.

Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərti ilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.

“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının iştirakı ilə Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada 370 tibb işçisi çalışır, onların 56-sı həkimdir.

Prezident Gəncədə 39 nömrəli tam orta məktəbin binasının, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışlarına da qatılıb.

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü olur

  • 17 Fevral 2016
  • comments

Gömrük hüquqpozmalarının statistikası açıqlanıb

  • 17 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda