• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanlarına zərbə vurur”

  • 16 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Ötən il parlamentə seçilmiş bəzi şəxslər rəhbər vəzifələrdə çalışır. Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin, Muxtar Babayev “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının, Mirzəcan Xəlilov “Azərsutəchizattikinti” ASC-nin, Mirkazım Kazımov “Qasid” Mətbuat Yayımı ASC-nin sədridir.

Azərbaycan Konstitusiyası elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisə seçilməsini yasaqlayır.

Bəzi deputatlar isə elmi müəssisələrdə rəhbər vəzifələrdə çalışır. İsa Həbibbəyli Milli Elmlər Akademiyasının vitse-prezidenti, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, Rafael Hüseynov Ədəbiyyat İnstitutunun, Aytən Mustafayeva İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Onların deputat olması qanunidirmi?

Transparency.az-ın sualına cavab verən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, parlament üzvlərinin başqa vəzifələr tutması məsələsini plenar iclaslarda qaldırıb, amma müsbət reaksiya olmayıb: “1995-ci ildə Azərbaycan Respublikasının ilk parlamenti seçilərkən konstitusiya deputatların 15 faizinin icra orqanlarında vəzifə tutmasına imkan verirdi. 2000-ci ildən 15 faizlik kvota qüvvədən düşüb, deputatların yalnız elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı ödənişli işlərdə çalışmaq hüququ tanınır. Amma daha sərt məhdudlaşdırıcı normaya ehtiyac var. Universitet rektorlarına parlamentdə təmsil olunmaq, ya vəzifədə qalmaq seçimi verilməsi məqsədəuyğun idi. Başqaları da qanunverici orqanda təmsil oluna-oluna digər vəzifə tutmalı deyillər. Bu, müxtəlif qurumlarda gəncləri inkişafdan saxlayır, onlar vəzifə pillələrində irəliləyə bilmirlər. Məsələn, hamıya bəllidir ki, bu və ya digər nazir müavini universitet kafedrasında post tutur, amma bir dəfə də olsun auditoriyaya girmir. Elədirsə, niyə elmi ştatı zəlil edirik? Axı adam fiziki olaraq yalnız bir sahədə məhsuldar çalışıb fayda verə bilər” .

Deputat qeyd edir ki, hər bir iş yerinin fonunda insan taleyinin dayandığı nəzərə alınaraq konkret qaydalar yaradılmalıdır: “Xüsusilə gənc nəslin idarəçilik sistemində fəal təmsil olunmasını istəyiriksə, islahata getməliyik. Fərqi yoxdur parlament üzvüdür, ya yox, üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanlarına zərbə vurur, karyera pilləkəninin qarşısında maneəyə çevrilir, planlarının reallaşmasına sədd çəkir, rotasiyanın getməsinə mənfi təsir göstərir, insanların ən məhsuldar, enerjili, təşəbbüskar dövründə hakimiyyət orqanlarında çalışmasını əngəlləyir”.

Ekspert bir qanuna iki yöndən baxır

  • 16 Fevral 2016
  • comments

Dollar düşüb, avro bahalaşıb

  • 17 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda