• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert bir qanuna iki yöndən baxır

  • 16 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı ekspert Vüqar Bayramov “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinə münasibət bildirib. Transparency.az-ın məlumatına görə, ekspert layihədə fərqli nəticələrə hesablanan iki təklifin olduğunu vurğulayıb: “Pozitiv odur ki, layihəyə əsasən, ixracla məşğul olanlar büdcədən subsidiya alacaq. İxrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, ixrac olunan məhsulun xammalının ən azı 50 faizinin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsilə alması kimi şərtlər də olacaq. Belə subsidiya ixracın stimullaşdırılması üçün əhəmiyyətlidir, şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir”.

Vüqar Bayramov antidempinq tədbirlərinə də diqqət çəkərək bu məqamı neqativ təklif kimi qiymətləndirir: “İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. İstehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətiririk. Əvvəlcə daxili istehsalı formalaşdırmalı, sonra onu qorumaq haqqında düşünməliyik. Əks halda bu addımla istehlak bazarında qiymətlər yüksələcək və idxalla məşğul olan iş adamlarının bir qismi bazardan sıxışdırılıb çıxarılacaq. İdxaldan asılılıq inzibatı metodlarla deyil, bazarla aradan qaldırılmalıdır.

Yüksək vergi ilə xarici istehsal mallarını ölkəyə buraxmamaq idxaldan asılılığın aradan qaldırılması anlamına gəlməməlidir. İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı ilə almaq mümkündür. Bütövlükdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin redaktə edilməsi və antidempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədəuyğundur. Əks halda o, yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Ümid edək ki, fərqli nəticələrə hesablanan iki fərqli təklifdən birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas...

  • 16 Fevral 2016
  • comments

“Üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanla...

  • 16 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda