“Üç-dörd vəzifə daşıyan hər kəs başqasının imkanlarına zərbə vurur”
Ötən il parlamentə seçilmiş bəzi şəxslər rəhbər vəzifələrdə çalışır. Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin, Muxtar Babayev “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının, Mirzəcan Xəlilov “Azərsutəchizattikinti” ASC-nin, Mirkazım Ka...
Ekspert bir qanuna iki yöndən baxır
İqtisadçı ekspert Vüqar Bayramov “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinə münasibət bildirib. Transparency.az-ın məlumatına görə, ekspert layihədə fərqli nəticələrə hesablanan iki təklifin olduğunu vurğulayıb: “Pozitiv odur ki, layihəyə əsasən, ixracla məşğul olan...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi strukturu təsdiqləndi
Prezident İlham Əliyev fevralın 16-da fərman imzalayaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsini və qurumun strukturunu təsdiq edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparatdan (şöbələr, sektorlar) və regional bölmələrdən ibarətdir. Transparency....
Jurnalistin ölüm işi üzrə məhkəmədə ekspertlər ifadə verib
Fevralın 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə proses davam etdirilib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ilkin məhkəmə-tibb ekspertizasını keçirən ekspert Alim Hüseynov dindirilib. Ekspert ...
Hüquq müdafiəçisi bəraət ala bilmədi
Ali Məhkəmə fevralın 16-da İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun şikayəti üzrə proses keçirib. Hüquq müdafiəçisi bəraət istəyib. APA-nın məlumatına görə, hakim Fərhad Kərimovun sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb. Məhkəmə prosesində Rəsul Cəfərov özü də iştirak edib. Rəsul Cəfərov...
İranda deputatlığa namizədlər təsdiqlənib
İran Daxili İşlər Nazirliyi fevralın 26-da keçiriləcək parlament seçkisinə qatılan 6220 namizədin yekun siyahısını təsdiqləyib. Novator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası seçki yarışına qoşulmaq üçün 12123 nəfərin müraciət etdiyini, onların 5903-nün ələndiyini açıqlayıb. Deputat mandatı uğ...
Sabiq deputatın məhkumluğu götürülmədi
Fevralın 16-sı Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə proses keçirilib. Şikayət Gülər Əhmədovanın Yasamal Rayon Məhkəməsinə müraciətinin təmin olunmamasından verilib. Sabiq deputat üzərindən məhkumluğun götürülməsini istəmiş, məhkəmə müraciətini rədd etmişdi. APA...
Hansı sanksiyalar ləğv olunub?
Fevralın 16-dan Avropa İttifaqının Belarus prezidenti Aleksandr Lukaşenko və daha 169 dövlət məmuruna sanksiyaları qüvvədən düşüb. Qərarı fevralın 15-də Avropa İttifaqı Şurası çıxarıb. Bir neçə ildir tətbiq olunan sanksiyalar Belarusda demokratiyanın boğulmasına görə məsuliyyət daşıyan hakimiyyət mə...
Dövlət başçısından çempionat sərəncamları
Dövlət başçısı İlham Əliyev 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Çempionat bu il mayın 1-dən 25-dək keçiriləcək. Sərəncama əsasən, Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi ...
Prezident yeni İnzibati Xətalar Məcəlləsini təsdiqləyib
Prezident İlham Əliyev yeni İnzibati Xətalar Məcəlləsini təsdiqləyən qanun imzalayıb. Qanuna əsasən, indiki İnzibati Xətalar Məcəlləsi martın 1-dən ləğv olunur. Digər qanunlar və normativ hüquqi aktlar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə tətbiq ediləcək. İl...
Həm dollar ucuzlaşıb, həm avro
Mərkəzi Bank fevralın 16-da ABŞ dollarını ucuzlaşdırıb. Rəsmi kursla 100 dollar 156 manat 79 qəpiyədir. Ötən gün dollar 157 manat 11 qəpiyə təklif olunub. Transparency.az-ın məlumatına görə, avronun da rəsmi məzənnəsi manatın xeyrinə dəyişib. Fevralın 15-i ilə müqayisədə 100 avro 176 manat 31 qəpikd...
Neftin 16 fevral qiymətləri
Fevralın 16-da “AzəriLayt” markalı neftin bir barreli 0,94 dollar bahalaşaraq 34,08 dollar olub. Xəbəri AZƏRTAC yayıb. Dünya birjalarında da neftin qiyməti qalxıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar yüksələrək 30,74 dollara, London birjasında “Brent” markalı...