• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin geri qaytardığı layihə müzakirə olunacaq

  • 11 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyevin Milli Məclisə qaytardığı “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər layihəsinin Milli Məclisin plenar iclasında yenidən müzakirəyə çıxarılması gözlənir. Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Məlumata görə, sənəd fevralın 9-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qapalı iclasında müzakirə edilib.

“Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərə Milli Məclis yanvarın 19-da səs verib. Layihə prezident İlham Əliyevin təşəbbüsü olub. Transparency.az bildirir ki, əsas dəyişikliyə əsasən, qanunun icbari yığımı nəzərdə tutan maddəsi yeni redaksiyada verilib:

1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (dövlətin tam mülkiyyətində olan, habelə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) aşağıdakı miqdarda icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycan Respublikasından kənara xarici valyutanı köçürə bilərlər:

1.1. rezident və qeyri-rezident fiziki və hüquqi şəxsin (banklar və sığorta təşkilatları istisna olmaqla) birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

1.2. rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (banklar və sığorta təşkilatları istisna olmaqla) tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

1.3. rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatı üzrə — əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

1.4. rezident hüquqi şəxsin Azərbaycan Respublikasından kənarda yerləşən törəmə cəmiyyətləri, filial, nümayəndəlik və digər struktur bölmələrinə köçürmələr üzrə —  təqvim ili ərzində 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 (iyirmi) faizi miqdarında.

Fevralın 10-da prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti bəyan edib ki, dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna dəyişikliyi imzalamadan Milli Məclisə geri qaytarıb.

Korrupsiya reytinqi: şəxslər, qurumlar, ərazilər

  • 11 Fevral 2016
  • comments

Manatın kursu düşdü

  • 12 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda