• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sivil Toplum Platforması yaradılıb

  • 10 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 10-da bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, vəkil və jurnalist Sivil Toplum Platforması yaratdıqlarını bəyan edib. Açıqlamaya görə, platforma problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə yaradılıb.

Novator.az xəbər verir ki, Sivil Toplum Platformasının üzvləri qurumun əsasnaməsini qəbul edib və ictimaiyyətə müraciət ünvanlayıblar.

Müraciəti Abil Bayramov, Akif Qurbanov, Aynur İmranova, Azər Mehtiyev, Bəşir Süleymanlı, Ələsgər Məmmədli, Əsabəli Mustafayev, Əvəz Zeynallı, Fuad Həsənov, Xalid Ağaliyev, Xalid Bağırov, Kamran Mahmudov, Mehman Əliyev, Mehriban Rəhimli, Nəsimi Məmmədli, Oqtay Gülalıyev, Rövşən Ağayev, Rövşən Hacıbəyli, Ruslan İzzətli, Samir Əliyev, Samir Kazımlı, Seymur Kazımov, Şahvələd Çobanoğlu, Şəhla İsmayıl, Yalçın İmanov və Ziya Quliyev imzalayıblar.

Ələsgər Məmmədli və Akif Qurbanov platformanın sözçüləri təyin edilib.

Müraciətdə deyilir ki, Azərbaycan cəmiyyətinin qarşısında duran əsas çağırış ölkəni üzləşdiyi iqtisadi, sosial və siyasi böhrandan çıxarmaq, son illər sürətlə məhdudlaşdırılan hüquq və azadlıqların bərpasına və qorunmasına nail olmaqdır: “Hazırkı böhran ölkəni və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Milli valyutanın dəyər itirməsi, bahalaşma, yüksək inflyasiya, iş yerlərinin itirilməsi, vətəndaşların həyat səviyyəsinin pisləşməsi, işgüzar fəallığın azalması, hüquq və azadlıqların hər addımda pozulması, məhkəmə sistemindəki ədalətsizliklər, vətəndaşların səsinin eşidilməməsi – həllini gözləyən problemlərin tam olmayan siyahısıdır. Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir”.

Müraciət müəllifləri bildirirlər ki, belə bir şəraitdə onlar problemlərin həlli istiqamətində səyləri birləşdirmək, ideyaları hamı ilə bölüşmək qərarına gəliblər: “Ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etməyə, çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk.

Sivil Toplum Platforması olaraq əminik ki, ölkənin qarşısında duran bütün problemlərdən birgə təşəbbüs və tələblərimiz sayəsində sağlam və daha az itki ilə çıxmaq mümkün olacaq. Hədəfimiz azad, ədalətli və demokratik Azərbaycandır!”

Bank sektoru bata bilər

  • 10 Fevral 2016
  • comments

“Günəşli” söndü

  • 11 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda