• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Planetlərin paradı: Şamaxı rəsədxanası bu mənzərəni görmək istəyənlərə tələsməyi tövsiyə edir

  • 08 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 8–dən 14-dək planetlərin paradı davam edəcək. Yerin təbii peyki olan Ay bu gün saat 18.39-da “Yeni Ay” fazasına daxil olacaq

Bu həftə ərzində də Günəş sisteminin bütün parlaq planetlərinin (Merkuri, Venera, Saturn, Mars və Yupiter ardıcıllığı ilə) paradı dan yeri söküləndə səmanın cənub-şərq və cənub hissələrində müşahidə ediləcək.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-a açıqlamasında bu mənzərəni görmək istəyənlərə tələsməyi tövsiyə edib. Belə ki, həftənin sonunda Merkurinin səhər görüntüsü sona çatır və o, Günəş şüalarında itib-batacaq. Daha sonra Venera da görünməz olacaq. Beləliklə, ayın sonunda bu sırada yalnız Saturn, Mars və Yupiter qalacaq.

Digər astronomik hadisələrə gəlincə, “Catalina” kometi Qütb ulduzunun nisbi yaxınlığından keçəcək, Yupiterin parlaq peykləri isə minimal bucaq məsafəsinə qədər yaxınlaşacaq. Asteroidlər sırasında ən böyük parlaqlıq (8.3 “ulduz ölçüsü” qədər) məşhur Vestaya məxsusdur.

Gündüz ulduzumuz olan Günəş Oğlaq bürcünün fonunda yerini dəyişəcək, hər ötən gün sutkanın uzunluğu artacaq.

Yerin yeganə təbii peyki olan Ay fevralın 8-də saat 18.39-da “Yeni Ay” fazasına daxil olacaq. Ənənəvi Çin təqviminə görə, yeni il – Meymin ili başlayır. Çinlilər bunu 15 gün bayram edəcəklər. Ay, axşam görünməklə, səma üzrə hərəkəti zamanı Oğlaq, Dolça, Balıq və Qoç bürclərinin qarşısından keçəcək, gündən-günə “böyüyəcək”. Oğlaq bürcü qarşısında o, “Yeni Ay” fazasına daxil olduqdan sonra, növbəti “Təzə Ay” fazasında İndoneziyadan yaxşı müşahidə olunacaq və tam Günəş tutulması baş verəcək. Martın 9-da əsas fazası 4 dəqiqə 9 saniyə davam edəcək və Saros tsiklinin 130-cusu olan tam günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.

Fevralın 11-də saat 06.41-də Ay öz elliptik orbiti boyunca Yerdən ən qısa məsafədən (“perigey” nöqtəsindən) keçəcək və bu məsafə 364360 kilometr təşkil edəcək (orta məsafə 384400 kilometrdir).

Nazirlik dərslik layihələrini ictimai müzakirəyə ç...

  • 08 Fevral 2016
  • comments

Lenta.ru-nun baş redaktoru dəyişdi

  • 08 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda