• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP fəalına 8 il həbs verilib

  • 03 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Xalq Cəbhəsi Partiyasının Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərar fevralın 2-də çıxarılıb.

Z.Bağırzadə 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Həmin vaxt məhkəmə onu Çernobıl qəzası ilə bağlı əlliliyi saxta almaqda, səlahiyyət həddini aşmaqda, sənədləri saxtalaşdırmaqda təqsirli bilmişdi.

2015-ci ilin noyabrında Z.Bağırzadə saxlanılıb və ayın 16-da Babək Rayon Məhkəməsi onun barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçib. Bu dəfə Z.Bağırzadə Babək rayon sosial təminat işçilərinə zor tətbiq etmədə ittiham olunub. Yaxınları isə bildirirlər ki, əslində sosial müdafiə işçiləri zorakılıq ediblər. Z.Bağırzadənin qardaşı, AXCP Naxçıvan təşkilatının rəhbəri Yaşar Bağırsoy “Azadlıq” radiosuna deyib ki, o vaxt Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına qarşı təhqiramiz ifadələr işlədiblər. Z.Bağırzadə bununla bağlı fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra o, hadisə ilə bağlı prokurorluğa şikayət ərizəsi verib. Amma iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib, ona cinayət işi açılıb. Sonda məhkəmə əvvəlki 7 il yarım şərti cəzanın çəkilməmiş hissəsini indiki cəzanın üstünə gəlməklə Z.Bağırzadəni 8 il müddətinə azadlıqdan məhrum edib.

Yaşar Bağırsoy vurğulayıb ki, bu, siyasi qərardır: “Qardaşımın həbsinə səbəb mənim AXCP Naxçıvan təşkilatının rəhbəri olmağımdır”.

AXCP rəhbərliyi də Z.Bağırzadənin həbsini siyasi motivli sayır.

Rusiyada ÜDM nə qədər azalıb?

  • 03 Fevral 2016
  • comments

Beynəlxalq Valyuta Fondunun missiyası Bakı danışıq...

  • 03 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda