Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 2015-ci il hesabatını açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, xarici ticarət əməliyyatları 2014-cü ilə nisbətən 33,44% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,36% artım, ixrac əməliyyatlarında 47,66% azalma qeydə alınıb.
Ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 591 milyon 907,43 min manat daxil olub.
Xarici iqtisadi fəaliyyət iştirakçıları haqqında məlumata əsasən, 165 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 7159-dur. Bunun 3566-sı fiziki şəxslər, 3593-ü hüquqi şəxslər olub.
244 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3349-u özəl sektoru təmsil edib.