• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hökumət unun və çörəyin qiymətini aşağı saldı, cəzalar da gəlir

  • 15 Yanvar 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayaraq bildirib ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı ildən əlavə dəyər vergisindən azad olunub: “Bunun nəticəsində unun topdansatış qiyməti azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq”.

Məlumatda unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcəyi vurğulanır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Baş Prokurorluqla birgə yaydığı başqa açıqlamada isə bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinq zamanı Bərdə rayonunda yerləşən “Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi — mağaza müdiri İlqar Həsənov və Mingəçevir şəhərində yerləşən “Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyevin çörəyin çəkisini azaltmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaları üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlayıb, Həsənov və Hacıyev şübhəli şəxs qismində saxlanıblar.

“Şairəm, siz məni qınamazsınız”

  • 14 Yanvar 2016
  • comments

Avro bahalaşdı, dollar yox

  • 15 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda