• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu: “Adamlara güclə manatı sevdirmək mümkün olmayacaq”

  • 14 Yanvar 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu indiki gedişlə ölkədə valyuta və ərzaq qıtlığı yarana biləcəyini düşünür. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, Mərkəzi Bankın gördüyü son tədbirlər ölkənin üzən məzənnəyə keçidə hazır olmadığını göstərir: “Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə qara bazarın inkişafını stimullaşdırır. Hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onların ixracatının təşviqi ilə nail olmaq mümkündür. Bu, hökumətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi. Təəssüf ki, hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görülmür. Bu isə ölkədə həm valyuta və həm də ərzaq qıtlığına gətirib çıxara bilər.

Adamlara güclə manatı sevdirmək mümkün olmayacaq. Milli valyutaya olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə, ölkədə azad bazar qanunları bərqərar olmalıdır”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Bu günlərdə Mərkəzi Bankın qərarı ilə valyutadəyişmə məntəqələrinin fəaliyyətinə əsasən xitam verilib. Valyuta mübadilə əməliyyatları bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

Ekspert hökumətin bazara müdaxilə siyasətini yanlı...

  • 14 Yanvar 2016
  • comments

ABŞ-da müsəlmanların sayı iki dəfədən çox artacaq

  • 14 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda