• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiymət artımına yol verənlərə cinayət işi qaldırılıb

  • 13 Yanvar 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadiyyat və Sənaye Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi manatın məzənnəsində baş vermiş dəyişiklik fonunda süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə halları ilə bağlı tədbirlər həyata keçirir: “Aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edərək yumurtanın bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Toplanmış materiallar əsasında yanvarın 12-də Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Məlumata görə, Bakı şəhər sakininin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161 — Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakının Nəsimi rayonunda yerləşən “Alfa Med” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynovun “Grateziano” dərman vasitəsini dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib: “Cəmiyyətin anbarına baxış zamanı gömrük bəyannaməsi olmayan külli miqdarda dərman aşkarlanıb. Aşkarlanan 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatların Tarif Şurasında müəyyən edilən qiymətlərdən baha satılması da məlum olub.

“Alfa Med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsilə qanunsuz satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1-ci və 200.1-ci maddələri ilə cinayət işi başlanıb, “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İbadulla Hüseynov şübhəli şəxs qismində saxlanıblar. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Birgə məlumatda sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməmək tövsiyə olunur və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi vurğulanır.

Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb

  • 12 Yanvar 2016
  • comments

Prezident 4 ölkəyə səfirlər təyin etdi

  • 13 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda