• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat böhrandan çıxış paketi verdi

  • 08 Yanvar 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Yanvarın 8-də Müsavat Partiyası böhrandan çıxış yolları barədə təkliflər paketini açıqlayıb. Paketdə iqtisadi və siyasi islahatlar aparılması təklifləri əksini tapıb.

İqtisadi sahədə təkliflərə bunlar daxildir:

– qeyri-neft sektoruna böyük investisiyaların cəlb edilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması və turizm imkanlarının inkişaf etdirilməsi;

– antiinhisar qanununun real tətbiqi;

– dövlət satınalmalarınıın şəffaf tenderlərlə icrası;

– maşınqayırma, yüngül sənaye, kommunikasiya texnologiyaları üzrə yeni sənaye müəssisələrinin, dünya bazarında yer tutacaq rəqabətli istehsal markalarının yaradılması və dünyanın brend markalı məhsulların ölkəmizdə istehsalına nail olunması;

– yerli istehsal sahələrinin, o cümlədən neft emalı, spirtli içki, siqaret, su istehsalı və s. sahələrin inkişaf etdirilməsi;

– aqrar sektorun inkişafı və rentabelliliyin təmin edilməsi məqsədilə uzunmüddətli vergi güzəştlərinin tətbiqi, aqrar sahibkarlığın formalaşdırılması və möhkəmləndirilməsi üçün faizsiz kreditlərin verilməsi, məhsulun bazar qiymətinə satışına dövlət təminatının verilməsi və digər islahatları nəzərdə tutan kompleks aqrar proqramın qəbul edilməsi;

– ixrac-idxal azadlığını təmin edən dövlət proqramı, vergi-gömrük sistemində yeni iqtisadi proqramlara uyğun islahatların tətbiqi;

– Dövlət Gömrük Komitəsinin, Vergilər və Maliyyə nazirliklərinin bir strukturda birləşdirilməsi;

– Dünya Ticarət Təşkilatına üzvlüyün həll edilməsi;

– neftin qiyməti 30 dollardan aşağı enərsə, xam neftin ölkə xaricinə satışının dayandırılması, hasilatın ölkə tələbatı miqyasına qədər azaldılması və ya daxili tələbatdan artıq hasilatın rezervlərə toplanması;

– əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə əmək haqlarının və pensiyaların indeksasiya edilərək bahalaşma faizlərinə uyğun artırılması;

– xarici valyuta ilə sənədləşdirilmiş bank kreditlərinin məzənnə fərqi ucbatından borcluların ödəmə qabiliyyətinin sərhədlərini aşan hissəsinin Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi;

– islahatların səmərəliliyinin təmin edilməsi, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasına nail olmaq üçün siyasi islahatların həyata keçirilməsi.

Siyasi sahəyə gəlincə, Müsavat Partiyası bunları təklif edib:

– siyasi məhbusları dərhal azad edilməsi;

– siyasi azadlıqların təmin edilməsi, real siyasi rəqabət şəraitinin yaradılması;

– azad və ədalətli seçkilər vasitəsilə yerli və beynəlxalq ictimaiyyətin legitim qəbul edəcəyi ali qanunverici orqanın formalaşdırılması;

– nəzərdə tutulan islahat proqramlarının dövlət təminatlı qanunverici bazasının yaradılması;

– real hakimiyyət bölgüsünün aparılması, Avropa Yerli Özünüidarəetmə Xartiyasına uyğun yerli özünüidarə sisteminin tətbiqi.

Ümid Partiyası 15 nazirlikdən ibarət hökumət təkli...

  • 08 Yanvar 2016
  • comments

Dollar yerində qaldı, avro bahalaşdı

  • 11 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda