Yanvarın 6-da Azərbaycan manatı dollar qarşısında yenə ucuzlaşıb. 1 dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 1,5610 manatdan 1,5626 manata yüksəlib.
Avro isə düşməkdə davam edib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,6895 manatdan 1,6796 manata salıb (Məzənnələr).
Ötən il dekabrın 21-dən manat üzən məzənnə rejiminə keçirilib. O günədək 1 dollar 1 manat 5 qəpik idi.