• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kredit burulğanından çıxmaq təklifləri

  • 30 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı ekspert Qubad İbadoğlu 21 dekabr devalvasiyasından sonra dollarla kredit borcu olanların düşdüyü vəziyyətdən qurtulması üçün təkliflər verib. Transparency.az-ın məlumatına görə, ekspert bunları tövsiyə edir:

– 2016-cı il yanvarın 1-dən xarici valyuta ilə olan kreditlər yalnız valyuta gəlirləri olan müəssisə və təşkilatlara maliyyə fəaliyyətinin nəticələrini əks etdirən hesabatlar əsasında, il və ya rüb ərzində qazanılan valyuta gəlirlərinə müvafiq məbləğdə verilsin;

– Mərkəzi Bankın nəzdində şübhəli və ümidsiz borclar üzrə agentlik yaradılsın. Bu agentlik kommersiya banklarının və qeyri-bank kredit təşkilatlarının məzənnə fərqindən yaranmış xərclərini örtmək üçün vəsaitlə təmin edilsin.

Banklar gələn ildən başlayaraq valyuta ilə olan kreditlər üzrə müştərilərlə hesablaşmalar aparan zaman kreditin ayrılma tarixi ilə borcun ödənilmə tarixi arasında yaranmış məzənnə fərqini ayrıca xərc maddəsi kimi hesablayaraq onun ödənilməsi üçün Mərkəzi Bankın müvafiq agentliyinə müraciət etsinlər. Agentlik isə öz növbəsində müraciətin əsaslı olmasını yoxladıqdan sonra xüsusi resursları hesabına həmin xərcin maliyyələşdirilməsi üçün xətt açsın;

– parlament “Fiziki şəxslərin (vətəndaşların) müflisləşməsi” haqqında ayrıca qanun qəbul etsin. Mövcud qanunvericilikdə işlədilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də, bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmiləşdirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabiliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib ərizəsini və müvafiq sənədlərini məhkəməyə təqdim etsinlər.

Məhkəmələrdə fiziki şəxslərə borclarının yenidən strukturlaşması planı və onların ödəmə qabiliyyətinin vəziyyəti əsasında dəbbə pulları (cərimə, penya) saxlanmaqla 3 ildən 5 ilədək kredit tətilləri verilsin. Beləliklə də məhkəmələrin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yaranmış xərcləri dövlətin qarşılaması problemin həllinə töhfə olar.

Güllələr, toylar, şəkillər (Qarabağ söhbətləri)

  • 30 Dekabr 2015
  • comments

1 dollar 1 manat 56 qəpiyi keçdi

  • 05 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda