BMT-nin Uşaq Fondunun (UNICEF) məruzəsinə görə, dünyada hər 8 uşaqdan biri münaqişə zonasında doğulur. Novator.az xəbər verir ki, məruzədə 2015-ci ildə münaqişə zonalarında 16 milyon 600 min uşağın dünyaya gəldiyi qeyd olunur. Bu, ötən illə müqayisədə 125 min uşaq çoxdur. UNICEF-in proqnozuna əsasən, münaqişə zonalarında gələn il 16 milyon 700 min uşaq doğulacaq.
Məruzədə deyilir ki, bir sıra ölkələrdə münaqişələr körpələrin və onların analarının böyük risklə qarşılaşmasına səbəb olur.
BMT-nin Uşaq Fondunun məruzəsinə görə, 2015-ci ildə 200 min uşaq Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib. Münaqişə səbəbindən 30 milyon uşaq öz evlərini tərk etməyə məcbur olub.