• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib

  • 10 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda deyilir: “4 dekabr 2015-ci ildə Xəzər dənizindəki “Günəşli” yatağı­nın 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğında itkin düşmüş işçilərin axtarışını Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri Fövqəladə Hallar Nazirliyinin helikop­ter­lə­ri ilə qarşılıqlı əlaqədə həyata keçirir. Hazırda yanğın baş vermiş özül­dən 100-150 kilometrədək məsafədə, həmçinin gündəlik olaraq hava­dan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.

Dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən ərazi­yə və axtarış rayo­nu­na baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib”.

Transparency.az xatırladır ki, dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. 63 işçidən 33-ü xilas edilib, 7 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.






Ermənilər bizim məscidi İrana verdilər

  • 10 Dekabr 2015
  • comments

İlham Əliyev Çin parlamentinin sədri ilə görüşüb 

  • 10 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda