• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fuad Qəhrəmanlı həbs edilib

  • 09 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

AXCP sədrinin müavini, müxalif Milli Şuranın üzvü Fuad Qəhrəmanlı həbs edilib. Dekabrın 8-i saat 23 radələrində Nəsimi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

“Azadlıq” qəzetinə danışan vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlını dövlət hakimiyyəti əleyhinə çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınmasında təqsirli bilir. Vəkilin sözlərinə görə, ittihamlar Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsində paylaşdığı fikirləri ilə bağlıdır.

Dekabrın 8-i günorta Fuad Qəhrəmanlı telefonla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. O, hansı statusla çağırıldığı ilə maraqlanıb, həmçinin rəsmi şəkildə çağırış istəyib. Bundan az sonra polislər AXCP sədrinin müavinini evdən məcburi şəkildə prokurorluğa aparıblar.

Gecə saatlarında prokurorluq əməkdaşları Fuad Qəhrəmanlının Mehdiabad qəsəbəsindəki evində axtarış apararaq 1 kompüteri götürüblər.

Transparency.az bildirir ki, Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib.

1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb.

2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

İlham Əliyevin Cin səfəri Sian şəhərindəki tarixi ...

  • 09 Dekabr 2015
  • comments

Rusiyada 9 aylıq korrupsiya statistikası açıqlanıb

  • 09 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Fələstini tanımaq istəyən ölkələr artdı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Fələstini tanımaq istəyən ölkələr artdı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda