• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan konstitusiya islahatına getdi

  • 07 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanda dekabrın 6-da keçirilmiş konstitusiya referendumunun ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası referenduma seçicilərin 50,51%-nin (1 milyon 296 min 368 nəfər) qatıldığını bəyan edib. 1997 məntəqədən alınan ilkin nəticələrə əsasən, 825 min 622 seçici (63,35%) konstitusiya dəyişikliklərini dəstəkləyib, 421 min 593 nəfər (32,35%) islahatlara yox deyib.

Prezident Serj Sərkisyanın və onun başçılıq etdiyi Respublika Partiyasının təşəbbüsü olan konstitusiya dəyişiklikləri parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq.

Müxalifətin bir hissəsi konstitusiya dəyişikliklərinin əleyhinə çıxır. Paytaxt Yerevanda bir qrup müxalif dekabrın 1-dən oturaq aksiya keçirir. “Yeni Ermənistan” birliyinin keçirdiyi aksiyanın liderləri Jirayr Sefilyan, Armen Martirosyan, Raffi Ovannisyan və başqalarıdır. Bu gün saat 16-ya mitinq təyin olunub.

Naxçıvanın ilk qarı

  • 04 Dekabr 2015
  • comments

15 ildə ilk dəfə: Venesuelada parlament seçkisini ...

  • 07 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda