Dekabrın 4-də Gürcüstan prezidenti Georgi Margvelaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi haqda sərəncam imzalayıb.
Novator.az xəbər verir ki, sərəncamda əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi faktoru göstərilib.
2015-ci ilin mayında Saakaşvili Ukrayna vətəndaşlığını alıb və hazırda Odessa vilayətinin qubernatorudur.
Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi proseduruna hökumət noyabr ayından başlamışdı.
2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuş Saakaşvili 2013-cü ildə vətənini tərk edib və həmin vaxtdan Gürcüstana gəlməyib. Ölkəsində onun haqda cinayət işi başlanıb və sabiq prezident beynəlxalq axtarışa verilib.