Dövlət büdcəsinin gəliri hansı ölkədə daha çoxdur? Transparency.az 2015-ci ilin göstəricilərinə əsasən bildirir ki, birinci yerdə gedən ABŞ-da dövlət büdcəsinin gəliri 3 trilyon 29,7 milyard dollar nəzərdə tutulub. Çində büdcə gəliri 2 trilyon 285 milyard dollar proqnozlaşdırılıb. İlk 10-luqdakı digər ölkələrin büdcə gəlirləri belə qeyd olunub:
Almaniya – 1 trilyon 680 milyard dollar
Yaponiya – 1 trilyon 512 milyard dollar
Fransa – 1 trilyon 507,5 milyard dollar
İtaliya – 990 milyard dollar
Böyük Britaniya – 936,2 milyard dollar
Braziliya – 861,3 milyard dollar
Kanada – 675,8 milyard dollar
İspaniya – 545,2 milyard dollar.
2015-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəliri 18,5 milyard dollar nəzərdə tutulub.
Azərbaycana qonşu ölkələrin göstəriciləri belədir:
Rusiya – 428,6 milyard dollar
Türkiyə – 190,4 milyard dollar
İran – 60 milyard 450 milyon dollar
Ermənistan – 2,3 milyard dollar.
Keçmiş SSRİ məkanı ölkələrində büdcə gəliri belə proqnozlaşdırılıb:
Ukrayna – 53,7 milyard dollar
Qazaxıstan – 36,6 milyard dollar
Belarus – 23,3 milyard dollar
Özbəkistan – 15 milyard dollar
Litva – 14,2 milyard dollar
Türkmənistan – 4,2 milyard dollar
Moldova – 2,7 milyard dollar
Tacikistan – 1,8 milyard dollar.