• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sorğu: 200 ilin ən nüfuzlu qadınları seçilib

  • 01 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Böyük Britaniyanın sabiq baş naziri, “dəmir ledi” kimi tanınan Marqaret Tetçer dünya tarixində son 200 ilin ən nüfuzlu qadını hesab olunub. Novator.az xəbər verir ki, “Scottish Widows” sərmayə şirkətinin sifarişi ilə aparılan sorğunun dekabrın 1-də açıqlanan nəticələrində belə deyilir.

Yaradılmasının 200 illiyini qeyd edən “Scottish Widows” şirkətinin sorğusu zərif cinsin nümayəndələrindən cəmiyyətə kimin daha çox təsir göstərdiyini müəyyənləşdirmək üçün keçirilib.

Sorğuya cəlb olunan respondentlərin 28%-i Marqaret Tetçeri nüfuzlu hesab edib. 200 ilin ən nüfuzlu qadınları siyahısında ikinci yerdə 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya üzrə Nobel mükafatına layiq görülmüş polyak əsilli fransalı Mariya Sklodovskaya-Küri (28%), üçüncü yerdə isə Böyük Britaniya kraliçası II Yelizaveta (18%) qərarlaşıb.

İlk onluqda sonrakı sıralama belədir: Şahzadə Diana (17%), Britaniyanın “Sufrajizm” qadın hərəkatının lideri Emmelin Pankxerst (16%), 1979-cu ilin Nobel sülh mükafatı laureatı Tereza ana (13%), Krım müharibəsi (1853-1856) zamanı hospitalda şəfqət bacısı olmuş Florens Naytingeyl (12%), amerikalı televiziya aparıcısı Opra Uinfri (6%).

Marqaret Tetçer 1925-ci il oktyabrın 13-də doğulub. Böyük Britaniya tarixində ilk və hələ ki, yeganə qadın baş nazir olub. 1975-ci ildən Mühafizəkarlar Partiyasına rəhbərlik edib. Baş nazir postunu 1979-1990-cı illərdə tutub. 2002-ci ildən ürək xəstəliyindən əziyyət çəkən Marqaret Tetçer 2013-cü il aprelin 8-də 87 yaşında vəfat edib.

Son bir ildə ev hansı ölkədə daha çox bahalaşıb?

  • 01 Dekabr 2015
  • comments

Milli Məclisin komitələri (Üzvlərin siyahısı)

  • 01 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Gender
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda