• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Natiq Kərimov: “Silah axtarırlar”

  • 01 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov dekabrın 1-də, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirdiyi saatlarda Novator.az-ın suallarını cavablandırıb.

– Hazırda kənddə vəziyyət necədir?

– İndi bir söz deyə bilməyəcəm. Çünki evdən çölə çıxa bilmirəm.

– Noyabrın 26-da keçirilən əməliyyat zamanı həlak olan kənd sakinlərinin cənazələri yiyələrinə verildimi?

– Yox, cənazələr haqqında hələ bir xəbər yoxdur. Bizə heç nə demirlər. Qapıdan çıxdım, iki küçə gedən kimi məni saxladılar. Cənazələr Sabunçuda morqdadır. Yəqin ki, axşama gətirib dəfn edərlər. Nardarandan üç nəfər ölüb, ikisi bir ailədəndir. Camaat meydanda gəzir, xəbər gözləyir. Kəndə giriş çıxış yoxdur, Zabrat postundan yolu bağlayıblar.

– Bu dəqiqələrdə kənddə nə baş verir?

– Evləri gəzib bir-bir yoxlayırlar, korrekt davranırlar, sakitcə axtarış aparırlar. Silah axtarırlar. Hələ ki, yeni tutulanın olub-olmadığını bilmirik. Polislərin arasında xanım polislər də var.

– Bütün evlərdə yoxlama aparılırmı?

– Yox, əllərində siyahı var, həmin siyahı üzrə axtarış aparırlar. İndiyə qədər heç bir insident baş verməyib.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və daha 23 nəfər tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Dekabr ayının 1-i saat 8-də qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub. Xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Milli Məclisin komitələri (Üzvlərin siyahısı)

  • 01 Dekabr 2015
  • comments

Füzulinin şükürü

  • 01 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda