• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Akademik Tofiq Hacıyev dünyasını dəyişib

  • 27 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin ailəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, akademik noyabrın 27-si səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.

1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.

Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.

“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin həmmüəllifi olub. “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı” ilə təltif olunub.

Allah rəhmət eləsin!

Ermənilər Dağlıq Qarabağ üçün 10 milyon dollardan ...

  • 27 Noyabr 2015
  • comments

Yada düşən vergi

  • 27 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Elm

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda