• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erməni marafonunu dəstəkləyən Paris merinə etiraz

  • 23 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fransada yaşayan azərbaycanlılar dünya ermənilərinin “Hayastan” fondunun təşkil etdiyi XVI Avropa telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsini dərin təəssüf hissi ilə qarşılayır. Paris Azərbaycan Evinin yaydığı etiraz bəyanatında belə deyilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Novator.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, 27 ildir davam edən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, on minlərlə azərbaycanlının ölümünə və Xocalı soyqırımı kimi dəhşətli bir cinayətə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmadığı bir vaxtda Fransanın rəsmi şəxslərinin bu cür təşəbbüsləri anlaşılmazdır: “Fransa münaqişənin nizamlanmasına vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Paris merinin Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş separatçı rejimi dəstəkləyən layihələrə himayədarlıq etməsi Azərbaycan ictimaiyyətində Fransanın ədalətli həmsədr olmasına ciddi şübhələr yarada bilər”.

Bəyanatda “Hayastan” fondunun topladığı vəsaitin terrorçu rejimin planlaşdırdığı layihələrin dəstəklənməsinə sərf olunduğu da diqqətə çatdırılır və terrordan əziyyət çəkən bir ölkənin rəsmi şəxsinin terror, işğalçılıq prinsipləri əsasında qurulmuş bir rejimlə bu cür yaxından əməkdaşlıq etməsinin təəccüb doğurduğu vurğulanır.

Bəyanatında “Hayastan” fondunun kifayət qədər qeyri-şəffaf qurum olmasına da diqqət yönəldilir. Qeyd edilir ki, fonda toplanan vəsaitlərin vergidən yayınma, çirkli pulların yuyulması yoluyla, ermənilərə yardım adı altında mənimsənilməsi haqqında elə erməni jurnalistlərin özlərinin yazdığı xeyli araşdırma var. Fransadakı azərbaycanlılar separatçı rejimə, qeyri-şəffaf fəaliyyəti ilə tanınan “Hayastan” fonduna dəstək verilməsindən narahatlığını bildirir və Fransanın bütün rəsmi şəxslərini ölkələrinin üzərinə götürdüyü missiyaya sadiq olmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutaraq münaqişə tərəflərinə bərabər məsafədə dayanmağa çağırır.

Azərbaycan Sığortaçılar Assosiasiyası 10 aylıq hes...

  • 23 Noyabr 2015
  • comments

Argentinada yeni prezident

  • 23 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda