• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert: “Manatın dəyərdən düşməsi qaçılmazdır”

  • 23 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı ekspert Natiq Cəfərli idxal-ixrac əməliyyatlarının bu ilin 10 ayı üzrə durumunu şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert ölkədə tədiyyə balansının mənfi olduğu qənaətindədir: “Bəzi iqtisadçılar mətbuata manatın gələcək taleyi ilə bağlı açıqlamalar verib israrla deyirlər ki, bizim tədiyyə balansımız hələ də müsbət saldo ilə gerçəkləşir, ona görə də manat ucuzlaşmayacaq. Həmin ekspertlər bu ilin fevral ayında da eyni sözləri deyir, devalvasiyadan 2 gün öncə də eyni arqumentləri gətirirdilər.

Tədiyyə balansı ölkənin idxal-ixrac əməliyyatlarını göstərir, yəni satdığımızla aldığımızın nisbətini əks etdirir. Satdığımızın 94%-i neftdir, aldığımız isə hər şey – texnikadan, geyimdən, dərmandan, ərzaqdan tutmuş tikinti materiallarına qədər bir çox məhsul xaricdən gəlir. Bu il aylıq göstəricilərdə tədiyyə balansı 3 dəfə mənfi olub, yəni satdığımız aldığımızdan az çıxıb. Amma ilin ilk 10 ayı ərzində tədiyyə balansında 2,3 milyard dollarlıq müsbət saldo var deyə bəzi ekspertlər bunu əlində bayraq edib.

Əslində isə vəziyyət başqa cürdür. Birincisi, gömrükdə ölkəyə gətirilən məhsulların, malların, yumşaq desək, heç də hamısı rəsmiləşdirilmir. İkincisi, onlayn ticarət, mərc oyunları, otel nömrələrinin bron edilməsi, aviabilet satışları və xaricə sırf pul köçürmələrə görə ölkədən ildə 2 milyard dollara yaxın (hesabdan, ya da nağd şəkildə çıxan) vəsait çıxır. Tək onlayn mərc oyunlarına görə çıxan vəsaitin həcmi 50-60 milyon dollardır.

Nədənsə bu iki çox vacib amil nəzərə alınmadan elə “müsbət saldo” mahnısı oxunur. Əgər gömrükdə bütün mallar rəsmiləşsə, ölkədən çıxan bütün valyuta dəqiq hesaba alınsa, onda görünəcək ki, müsbət saldo yoxdur, əksinə, ciddi şəkildə mənfiyə gedən tədiyyə balansımız var. Ən yaxşı halda gömrükdən keçən malların yarısı rəsmiləşdirilir. Bunu nəzərə alsaq, 10 ayda ölkəyə rəsmi elan edilən 7,4 milyard dollarlıq deyil, təqribən 15 milyard dollarlıq mal və məhsul daxil olub. Deməli, 10 ayda mənfi saldomuz haradasa 5 milyard dollardır. Neftin qiymətini, Mərkəzi Bankın ehtiyatlarının ərimə sürətini, real ticarət dövriyyəsini nəzərə alsaq, manatın dəyərdən düşməsi qaçılmazdır”.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Masazırda “Məzun evi”

  • 20 Noyabr 2015
  • comments

Baş Prokurorluq bəzi KİV rəhbərlərinə xəbərdarlıq ...

  • 23 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda