• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Masazırda “Məzun evi”

  • 20 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib. Həmin məzunlardan 90 nəfəri “Məzun evi”nə köçürülərək məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, hazırda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işləri aparılır. Bu məqsədlə Nazirlər Kabinetinin sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılıb, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub.

“Məzun evi”ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunacaq. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

İnsan əmrinə tabe olmayan robot

  • 20 Noyabr 2015
  • comments

Ekspert: “Manatın dəyərdən düşməsi qaçılmazdır”

  • 23 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Gənclər
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda