• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gələcəkdə texnologiya necə olacaq? (“Ericsson”un direktoru bu haqda maraqlı məqalə yazıb)

  • 18 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Ericsson” şirkətinin texniki direktoru Diomedes Kastanis 2020-ci ildə insanların istifadə edəcəyi texnologiya haqda məqalə yazıb.

Novator.az xəbər verir ki, Diomedes Kastanisin məqaləsi “TechCrunch” saytında dərc olunub.

Hazırda insanların fərdi smartfon, kompüter və avtomobillərdən istifadə etdiyini yazan Kastanis bildirir ki, gələcəkdə adamlar bu vasitələri ümumiləşdirməyin daha sərfəli və effektiv olduğunu anlayacaqlar. Məqalə müəllifinin fikrincə, adamlar işə gedəndə bir avtomobili icarəyə götürüb gedəcəklər, qayıdanda da digər avtomobili icarəyə götürüb qayıdacaqlar. Beləcə, əksəriyyət istifadə etdiyi avtomobilin modelini hər gün dəyişə biləcək. Bulud texnologiyası vasitəsilə hər kəs istənilən kompüterdən özünə aid məlumat bazasına daxil ola biləcək. Yəni kiminsə öz materiallarını bir kompüterə yığmasına ehtiyac qalmayacaq. Bir növ hər kəsin havadan asılı qalmış “kompüteri” – bazası olacaq, ona da dünyanın istənilən yerindən daxil ola biləcək. Nəticədə adamlar bu və ya digər əşyanın kimə məxsus olduğu barədə baş sındırmayacaqlar. “Mənim”, “sənin” söhbəti sıradan çıxacaq.

Məqalə müəllifi yazır ki, əvvəllər qurğuları yalnız klaviaturanın köməyilə idarə etmək olurdu. Hazırda bunu səsli komanda əvəzləməkdədir. Gələcəkdə isə texnoloji qurğu fikrimizi uzaqdan oxuya biləcək. Yəni səslənib “Hey, Siri” deməyə ehtiyac qalmayacaq, eləcə “Hey, Siri” fikirləşmək kifayət edəcək. Artıq bir neçə şirkət bu texnologiya üzərində çalışır.

Kastanis yazır ki, gələcəkdə texnoloji avadanlıqlar daha sadə və insani olacaq. İnternetə qoşulmaq üçün sensora, ötürücülərə ehtiyac qalmayacaq, internet istifadəçinin özü ilə birbaşa təmasda olacaq. Vanna otağından çıxanda robot sizdən “Necə keçdi?” soruşacaq. Siz isə “Pis. Sabun qurtarır” cavabını verəcəksiz. Robot vanna otağına ya ehtiyat sabun qoyacaq, ya da yenisini sifariş edəcək.

Kastanis vurğulayır ki, dünya sürətlə qloballaşmaya gedir. Adamlar planetin bir nöqtəsindən digərinə sərbəst səyahət edə və yad ölkənin sakini ilə asanlıqla təmas qura bilirlər. Gələcəkdə də hər kəs bu tip beynəlxalq xidmətlərdən yararlanacaq, amma belə xidmətlər müxtəlif mədəniyyətlərin özəllikləri nəzərə alınmaqla lokallaşacaq. Məsələn, taksi xidməti göstərən şirkət bəzi ölkələrə əsasən komfortlu, bəzilərinə isə əsasən ucuz avtomobillər ixrac edəcək.

Müəllif yazır ki, gələcəkdə virtual reallıq həqiqi reallığa qarışacaq.

Azərbaycanın üç hədəfi var

  • 18 Noyabr 2015
  • comments

Mükafat marafonu (praemium)

  • 18 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda