• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP-nin dövlət qeydiyyatı barədə prezident sərəncamı

  • 17 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yeni hüquq davası başlayıb. Sentyabrın 27-si Bakıda AXCP-nin VI (IX) qurultayı keçirilib. 15 ildir partiyaya rəhbərlik edən Əli Kərimli yenidən AXCP sədri seçilib. Ancaq Ədliyyə Nazirliyi 27 sentyabr qurultayının nəticələrini tanımayıb. Nazirlik hazırda AXCP adına iddia edən qrupun müraciətini araşdırır. Həmin qrup oktyabrın 18-si Bakıda etimad qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edir.

Transparency.az/cnews xatırladır ki, 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000 və 2002-ci illərdə AXCP-də iki parçalanma olub, qurumun adına iddia eləyən təşkilatlar (indiki Klassik Xalq Cəbhəsi və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları) meydana çıxıb. 2003-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi indiki BAXCP-ni AXCP kimi tanıyıb. Ancaq 9 gün sonra prezident Heydər Əliyev nazirliyin qərarını ləğv edib. Transparency.az/cnews həmin sərəncamı oxucuların diqqətinə çatdırır:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ilə 1995-ci ildə qeydiyyatdan keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin edilməsi zərurəti öyrənilərkən buna dair sənədlər tam və hərtərəfli araşdırılmamış və nəticədə Azərbaycan Respublikası “Siyasi partiyalar haqqında” qanununun müddəalarına riayət olunmamışdır.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ləğv edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev, Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 22 yanvar 2003-cü il

İsveçrədə əhalinin yarıdan çoxu alış-verişi intern...

  • 17 Noyabr 2015
  • comments

Millət şərqisi

  • 17 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Doğum və ölüm statistikası

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda