• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert manatı qorumağın başqa yolunu təklif edir

  • 12 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

ABŞ-da güclü iqtisadi artım dünya iqtisadiyyatında yeni tendensiyalara gətirir. Transparency.az-a danışan iqtisadçı Qubad İbadoğlu deyir ki, aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır: “ABŞ-da ümumi daxili məhsul üçüncü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, 2015-ci ilin 9 ayında isə 2,5 faiz artıb. Nəticədə sentyabrda işsizlik səviyyəsi 5,1 faiz, inflyasiya isə 0,04 faiz olub. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcmi 11 faiz artaraq 1,4 trilyon dollara çatacaq.

Bu müsbət tendensiyalar ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Bununla yanaşı FES-in Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantıda banklar üçün uçot dərəcəsini (0,25 faizdir) yüksəldəcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqini bir az da artırır.

Bundan başqa Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb. Beləliklə də xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənir. Xüsusilə son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırıb, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib. Bu il oktyabrın 1-nə olan məlumata görə, xarici valyuta ilə depozitlərin ümumi əmanətlərdə payı 75,4 faizə çatıb. 1 il əvvəl müvafiq göstərici 50,2 faiz idi”.

Ekspert deyir ki, bütün bunların nəticəsində bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) daxili valyuta bazarında sabitliyi qorumaq üçün bazara 94 milyon dollar əlavə vəsait yerləşdirmək məcburiyyətində qalıb: “Getdikcə zəifləyən manat yalnız daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makroiqtisadi şoklara reaksiya verməkdədir. Nəticədə manata olan işgüzar inam gündən-günə azalır, onu qorumaq AMB-yə getdikcə baha başa gəlir. Şübhəsiz, neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivli deyil. Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyatın liberal bazar tənzimlənməsinə keçidi nə qədər tez təmin olunsa, bir o qədər də tez dövlətin xərci azala və manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər. Əks təqdirdə nominal olaraq məzənnəsi qorunan, amma reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək mümkün olmayacaq. Bu sahədə islahatlar həm də hazırda qeyri-müəyyən şəraitdə gözləmə mövqeyində durub yaxın gələcəkdə sabit və işgüzar rejimdə fəaliyyət göstərmək istəyən sərmayəçilər və sahibkarlar üçün də vacibdir”.

“Əllini aşırdıq…”

  • 11 Noyabr 2015
  • comments

Türkiyədə hakim partiyanın qələbəsi qətiləşdi

  • 12 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda