Rusiyanın baş prokuroru Yuri Çayka noyabrın 10-da Beynəlxalq Prokurorlar Assosiasiyasının Soçi şəhərində keçirilən konfransında çıxış edərkən İŞİD-dən də danışıb.
Novator.az xəbər verir ki, Y.Çayka İŞİD sıralarında 100-dən çox ölkənin vətəndaşının döyüşdüyünü deyib. O bildirib ki, İŞİD yaraqlılarının 40 faizi bu terror qruplaşmasının yaradıldığı ölkələrin (Suriya, İraq) deyil, xarici dövlətlərin vətəndaşıdır.