• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bank sektorunda vəziyyət ağırlaşa-ağırlaşa gedir

  • 06 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

Bu ilin əvvəlində bank sektorunu haqlayan böhran yeni mərhələyə qədəm qoyub. Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərq azalıb: “Banklar sərt addımlar atmağa məcbur olub. Xərclərin optimallaşdırılması çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq”.

Ekspertin fikrincə, sektorun dayanıqlığı sual altındadır: “Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir. Dərc olunmuş 9 aylıq ümumi göstəricilər bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir”.

Samir Əliyev bank sektoru ilə bağlı bəzi göstəriciləri belə sıralayır:

– Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə, 6,3 milyard manata düşüb;

– Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabr ayına olan səviyyəyə enib;

– Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə, 1,4 milyard manata çatıb. Belə kreditlərin ümumi kreditlərdə payı 7,1%-ə çatmaqla son 11 ilin rekordunu vurub;

– Əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2,5 dəfə azalmaqla yanaşı onun ümumi əmanətlərdə payı 24%-ə düşüb;

– 2015-ci ilin təkcə üçüncü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb;

– Ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə qalxıb;

– Kredit kartlarının sayı 2014-cü ilin may ayında bəri ən aşağı həddə, 1,13 milyona enib;

– Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) düşüb.

Ekspert deyir ki, oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir: “Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub. Banklar hələ ki, filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha geniş vüsət alacaq. Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştərilərin məhdudlaşması, asan neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır ki, bu da bəzi bankların, o cümlədən BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcək. İlkin dövrdə BOKT-ları bankların udması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə əridilərək təsirinin minimuma endirilməsi, sonra isə ləğv edilməsi mümkündür”.

Azərbaycanda uşaqlar (Dövlət komitəsi yeni rəqəmlə...

  • 06 Noyabr 2015
  • comments

Bayraq

  • 09 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda