• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

MSK yenidən formalaşacaq

  • 03 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını diktə edir. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Transparency.az/cnews bildirir ki, hazırda MSK-nın üzvləri bu şəxslərdir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (Yeni Azərbaycan Partiyasının nümayəndələri), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası (Vətəndaş Birliyi və Sosial Rifah partiyaları ilə birgə), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bitərəf deputatların nümayəndələri).

1 noyabr parlament seçkisinin ilkin nəticələrinə görə, Milli Məclisdə çoxluğu YAP qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 42-si partiyasızdır.

Milli Məclisə düşən azlıq partiyalarından Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat alıb. Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar. Bu o deməkdir ki, MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək.

2010-cu ildə formalaşmış Milli Məclisdən fərqli olaraq bu dəfə Ümid və Ədalət partiyaları parlamentə düşə bilməyib. Əvəzində 1 noyabr seçkisində parlamentə üç yeni azlıq partiyası gəlib: Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası.

“Vikipediya” azərbaycanlı döyüşçülərə qarşı: Əhməd...

  • 03 Noyabr 2015
  • comments

Oturduqca oyun oynamaq (reaksiya)

  • 03 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda