Dünyada 60 milyona yaxın adam müxtəlif səbəblərdən daimi yaşayış yerini tərk etməyə məcbur olub. Novator.az xəbər verir ki, bunu BMT-nin Qafqaz, Mərkəzi Asiya və Ukrayna üzrə humanitar məsələləri koordinasiya edən regional ofisinin rəhbəri Marsel Vassen açıqlayıb.
Oktyabrın 29-da Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxış edərkən M.Vassen vurğulayıb ki, hazırda dünyada 100 milyon adam müxtəlif münaqişələrdən və təbii fəlakətdən əziyyət çəkir və onlardan 60 milyonu ev-eşiyini tərk edib məcburi köçkün vəziyyətinə düşüb.