“Twitter” mikrobloqlar şəbəkəsindən hər ay 320 milyon adam istifadə edir. Novator.az xəbər verir ki, şirkət rəhbərliyi bunu maliyyə ilinin son rübü ilə bağlı açıqladığı statistikada göstərib.
ABŞ-da hər maliyyə ilinin başlanıcı oktyabrın 1-dən götürülür.
Statistikaya görə, son 12 ayda “Twitter”in gəliri 569 milyon dollara çatıb. Yəni ötən maliyyə iliylə müqayisədə (361 milyon dollar) şirkətin gəliri 58% artıb.
Amma bu artım investorları qane etməyib, çünki son rübdə “Twitter”in auditoriyası yalnız 1,2% artıb.
“Twitter”in icarçı direktoru Cek Dörsi bildirib ki, şəbəkəyə yeni istifadəçiləri cəlb etmək üçün şirkət yaxın aylarda geniş reklam kampaniyası keçirəcək.