• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azər Qasımlı: “Monopoliyalar qanunla qadağan olunmalıdır”

  • 23 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Siyasi elmlər üzrə fəlsəfə doktoru, müxalif REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı sahibkarlığın inkişafına yönələn təkliflərlə çıxış edib. Transparency.az-ın məlumatına görə, o qeyd edib ki, ölkədə tam rəqabətli sistem yaradılmalı, monopoliyalar qanunla qadağan olunmalıdır: “Dövlət orqanları sahibkarların işinə maksimum dərəcədə az müdaxilə etməli, iş adamlarına ucuz kredit proqramları təklif olunmalıdır. Bu gün Azərbaycanda rəqabət əvəzinə oliqarxik sistemə bağlı monopoliyalar kök salıb. Hər birinin arxasında da yüksək rütbəli məmur durur. Azad mühit əvəzinə dövlət orqanları, Vergilər Nazirliyi sahibkarları soymaqla məşğuldur. Hər ay iş adamlarından pul yığırlar. Ucuz kredit əvəzinə kiçik və orta sahibkarlara yük olan kredit sistemi tətbiq edilir”.

Azər Qasımlı Rəqabət Məcəlləsi qəbul etməyə və haqsız rəqabəti qanunla sərt cəzalandırmağa çağırıb: “Lisenziyalaşdırılan iqtisadi fəaliyyətlərin sayı azaldılmalı, lisenziyaların əldə edilməsi sadələşdirilərək “vahid pəncərə” mexanizmi ilə həyata keçirilməlidir. Sahibkarlığa Kömək Milli Fondundan kreditlər yalnız kiçik və orta sahibkarlara verilməli, ucuz kredit imkanlarına çıxış sadələşdirilməlidir.

Dövlət və hökumət strukturlarının biznesə müdaxiləsini minimuma endirmək üçün yoxlamaların sayı kəskin azaldılmalı, vergiləri vaxtlı-vaxtında ödəyən sahibkarları 3 ildən tez yoxlamaq qanunla qadağan olunmalıdır”.

REAL təmsilçisi sahibkarların hüquq və maraqlarını qoruyan ombudsman institutu yaratmağı da təklif edir. Onun fikrincə, böyük özəlləşdirmə proqramı qəbul etmək, dövlət sektorundakı emal və xidmət yönlü müəssisələri özəlləşdirmək, şəhərdaxili nəqliyyatı, eləcə də metropoliteni böyük şəhər bələdiyyələrinin səlahiyyətinə vermək gərəkdir: “Kommunal sektor mülkiyyət hüququ dövlətdə qalmaq şərti ilə konsessiya müqavilələri əsasında özəl sektora uzunmüddətli idarəetməyə verilməlidir.

Ucuz kredit bazarının formalaşması Mərkəzi Bankın əsas hədəflərindən biri olmalıdır. Bu məqsədlə bank sektorunun kredit resurslarına olan tələbatını qarşılamaq üçün hökumət mərkəzləşdirilmiş kredit resurslarının həcmini əhəmiyyətli dərəcədə artırmalıdır.

Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır. Dünyanın aparıcı fondları, bankları və sığorta şirkətlərindən iqtisadiyyatımıza sərmayə qoyuluşu asanlaşdırılmalıdır. Xarici bank kapitalının ölkəyə axınına əngəllər götürülməlidir”.

Bakıda əməliyyat: dindarlar tutulub

  • 23 Oktyabr 2015
  • comments

Xankəndi seçiciləri 13, leriklilər 108, laçınlılar...

  • 23 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda