• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Terror, səndə nələr varmış

  • 15 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

Az qala hər gün dünyanın harasındasa bomba partlayışları ilə terror aksiyaları törədilir. Bunu eşidəndə əksəriyyətimizin gözü qabağına ölülər və yaralılar gəlir. Elə foto və video süjetlərdə də gördüyümüz bunlar olur. Sözsüz, bu, terror aksiyalarının ən ağır fəsadlarıdır. Amma başqa fəsadlar da var. Tibbi ekspert, kriminal psixiatriya və klinik psixologiya üzrə mütəxəssis Yusif Ərdəm partlayışların dilə gətirilməyən fəsadlarından söz açıb. Onun yazdıqları terror cinayətinin dəhşətlərini daha aydın duymağa imkan verir. Yusif Ərdəmin yazısı bu yaxınlarda 100 nəfərə yaxın insanın ölümü ilə nəticələnən terror aksiyasının törədildiyi Türkiyənin Doktorlarsitesi.net saytında dərc olunub.

Novator.az adıçəkilən sayta istinadla xəbər verir ki, Yusif Ərdəm partlayışlar zamanı insanların çox dəhşətli şəkildə öldüyünü xatırladır. O bildirir ki, bomba partlayışının ilk təsiri səs gücündədir. Bir trotil gücündə partlayış baş verəndə, elə partlayış anındaca səsin təsirindən insanların ağciyəri, dalağı, bağırsağı, qulağının pərdəsi dağılır. Sonra təxminən 3000 dərəcə istiliyində alov qalxıb adamları qovurur. Bundan sonra qəlpələr öz işini görür, bədən, daş, divar, dəmir demədən hər kəsi, hər şeyi dəlmə-deşik edir. Sadalanan bu hadisələrin hamısı saniyənin, məhz bir saniyənin yarısında baş verir.

Müəllif yazır ki, bir trotil gücündəki partlayışdan 350-400 kvadratmetr sahədə bütün quşların ciyəri dağılır və təbii ki, onların hamısı tələf olur. Eyni aqibət partlayışın 100-200 metrliyindəki küçə itlərinə, pişiklərə də aiddir.

Terrordan sağ çıxanlar əslində yarıcan qalırlar. Onların arasında qollarını, ayaqlarını, gözlərini, eşitmə qabiliyyətini, yaddaşını itirənlər olur. Neçə-neçə ailə ən azı bir müddətə ev-eşiyini itirir. Çünki bomba partlayışları evləri tam dağıtmayanda da pəncərələri çilik-çilik edir. Ailə kasıbdırsa, deməli, gecələri yayda istinin, qışda soyuğun altında keçirməli olacaq.

Yusif Ərdəm yazır ki, terror partlayışlarının nəticəsi təkcə ölümlərlə yox, onun gizlin qalan detalları ilə də ölçülməlidir. Müəllif bildirir ki, terrordan sağ çıxanlar və digər şahidlər, hadisə yerində ətrafa dağılmış meyitləri, əl-qolları, başları görənlər, qan qoxusunu duyanlar bunu illər uzunu unuda bilmirlər, dərin ruhi sarsıntı keçirirlər və bütün bunlar əslində qanlı aksiyaların danışılmayan, diqqətdən qıraq qalan detallarıdır. Üstəlik, terror nəticəsində küçələrdə nə qədər quşun, heyvanın öldüyünü kimsə saymır, bunu nəzərə almaq adamların heç ağlından da keçmir.

Tibbi ekspert bunları qeyd etməklə insanları həm də humanizmə çağırır, elə terror törətmək fikrinə düşənləri də…

Xədicə İsmayılın şikayəti üzrə proses başladı

  • 15 Oktyabr 2015
  • comments

Prezident MDB-nin sammitinə gedib

  • 15 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Səhiyyə

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda