• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib

  • 13 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Məhərrəm ayının başlanması ilə əlaqədar oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri açan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən çox vacib məsələdir: “Bu, həm də ümummilli əhəmiyyət kəsb edir. Belə ki, ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir. Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıq şəraitində ölkə ərazisində azanın verilməsi ilə bağlı QMİ-nin və Şamaxı Rəsədxanasının birlikdə hazırladıqları təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirəcək və bu təqvimə əməl etməyənlər cəzalandırılacaq”.

QMİ sədri vurğulayıb ki, Qazılar Şurası yeni hicri ilinin başlanması münasibətilə – Məhərrəm ayı ilə bağlı fətva qəbul edib. Həmin fətvada Aşura mərasiminin keçirilməsi ilə bağlı tövsiyələr yer alıb. Şeyxülislam Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd edilir ki, hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

Tədbirdə A.Paşazadə məscidlərdə oxunan moizə və xütbələr haqqında da danışıb. Bildirib ki, din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir: “Bu məsələyə nəzarət daha da gücləndiriləcək”.

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə

  • 13 Oktyabr 2015
  • comments

Yeni hərbi hissədə obyektlərin açılışı olub

  • 14 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Din

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda