• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsmayıllı gəncləri beynəlxalq müsabiqədə uğur qazanıb

  • 12 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın gənc meşəçiləri Moskva və Suzdal şəhərlərində Gənclərin XII Beynəlxalq Meşə Müsabiqəsində iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə müsabiqədə iştirak edən gənc meşəçilərin “Meşələri yanğından qoruyaq” adlı ekoloji layihəsi finala vəsiqə alıb.

Moskva şəhərində toplaşan finalçılar mübarizəni Suzdal şəhərində davam etdiriblər. Burada dünyanın 24 ölkəsindən 43 məktəbli və tələbə meşəçilik sahəsində biliklərini sınayıb.

Meşənin yanğın təhlükəsizliyinə dair təkliflərlə çıxış edən gənc meşəçilər dünya gənclərinə müraciət edərək bu sahədə birgə səy göstərməyin vacibliyini vurğulayıblar.

Azərbaycanlı məktəblilər müsabiqə zamanı keçirilən viktorina və yarışlarda fəal iştirak edərək mükafatlara layiq görülüblər.

Beynəlxalq müsabiqənin yekun tədbirində İsmayıllı rayonunun gənc meşəçiləri Anna Orlova və Timofey Prokofyev Rusiya Federasiyası Parlamentinin Təbii Ehtiyatlar və Ekologiya Komitəsinin fəxri fərmanına, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi xatirə medallarına və diplomlara, MDB Parlamentinin xüsusi mükafatlarına layiq görülüblər.

1444646258524867592_1000x669

QHT Koalisiyasının problemləri prezidentlə müzakir...

  • 12 Oktyabr 2015
  • comments

İqtisadiyyat üzrə Nobel mükafatını amerikalı alim ...

  • 12 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Bölgə
  • Ekologiya
  • Gənclər

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda