Azərbaycan prezidenti Milli Məclisə “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Layihəyə əsasən, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq (Məhkəmə-Hüquq Şurasına məhkəmə sədrlərinin təyinatı ilə bağlı yeni səlahiyyət verilir).
Transparency.az bildirir ki, qanuna görə, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.
2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var:
Fikrət Məmmədov, ədliyyə naziri (sədr)
Ramiz Rzayev, Ali Məhkəmənin sədri
Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi
Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi
Şahin Yusifov, Ali Məhkəmənin hakimi
Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri
Azər Cəfərov, ədliyyə nazirinin müavini
Namiq Əsgərov, baş prokurorun müavini
Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri
İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.