2015-ci ilin sülh üzrə Nobel mükafatı Tunis Milli Dialoq Kvartetinə verilib.
İsveç Akademiyası kvarteti bu mükafata 2011-ci ildə “yasəmən inqilabı”ndan sonra Tunisdə demokratiyanın qurulmasına verdiyi mühüm töhfəyə görə layiq görüb.
Novator.az xəbər verir ki, kvartetdə (dördlükdə) Tunisin dörd ictimai təşkilatı təmsil olunur: Tunis İşəgötürənlər İttifaqı (rəhbəri xanım Vided Buşməvi), Əmək İttifaqı (rəhbəri Hüseyn Abbasi), İnsan Hüquqları Liqası (rəhbəri Əbdüsəttar bin Musa), Milli Vəkillər Kollegiyası (rəhbəri Məhəmməd Fəthi Mahmud).
23 il Tunis prezidenti olmuş Zeynalabdin Ben Əli 2011-ci il yanvarın 14-də xalq üsyanı ilə hakimiyyətdən uzaqlaşdırılıb. Həmin olaylar Tunis tarixinə “yasəmən inqilabı” kimi düşüb.