• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

FİFA və UEFA prezidentləri futboldan kənar edildi

  • 08 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Beynəlxalq futbol təşkilatı FİFA-nın prezidenti Yozef Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Mişel Platini və FİFA baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Qərar oktyabrın 8-dən qüvvəyə minir və üç ay sonra 45 gündən çox olmamaqla uzadıla bilər.

Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.

Transparency.az xatırladır ki, bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.

Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas namizədlərdən biri Platinidir.

Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.

Milyarder Con Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.

Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.

2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

  • 08 Oktyabr 2015
  • comments

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupu b...

  • 08 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda