• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənovun yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb

  • 08 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Eldar Hasanov_Balkanlarin dostluq korpusu boyuncaAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənovun 60 illik yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbə­cər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Mos­­­kva­­da SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifə­sini tutub. Ədliyyə general-leytenantıdır.

2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avro­pada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

Eldar Həsənov elmi-pedaqoji fəaliyyətlə də müntəzəm məşğul olub, Bakıda hüquq üzrə namizədlik, Moskvada doktorluq disser­ta­siyası müdafiə edib. Professordur. 25 kitabın, 160-dan artıq elmi-publisistik məqalənin müəllifidir.

Novator.az xəbər verir ki, Eldar Həsənovun işıq üzü görən yeni kitabı “Balkanların dostluq körpüsü boyunca” adlanır. “Balkanların dostluq körpüsü boyunca” kitabı müəllifin bu qəbildən ilk işi deyil, bir neçə il əvvəl onun “Slavyan dənizindəki Latın adasında” adlı kitabı da çapdan çıxmışdı – Eldar Həsənov həmin kitabı uzun müddət səfir kimi çalışdığı Rumıniyadan yazmışdı. Yeni kitabında da Eldar Həsənov Azərbaycanın Qərbi Balkan ölkələri ilə qarşılıqlı münasibətlərini təhlil etməklə, həmçinin regionda əsrlər boyu baş vermiş hadisələri müasir dövrümüzədək araşdırmaqla oxuduqlarını, gördüklərini, yaşadıqlarını qələmə almağa, bölgənin zəngin tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən, tarixi memarlıq abidələrindən söz açmağa, düşüncələrini bölüşməyə çalışıb.

Kitabın girişində müəllif öz məramını belə açıqlayır: “Şübhə etmirəm ki, bu kitab vasitəsilə Balkanları tanıyandan sonra siz o torpaqları, o insanları sevəcəksiniz. İstədiyim budur ki, Balkanlardan uzaq ölkələrin adamları bu torpaqlara onu ürəkdən sevən bir əcnəbinin gözüylə baxa bilsinlər. Görsünlər ki, bu region Avropanın bir parçası olaraq nə kimi çətinliklərə sinə gərib, insanlar arasında inam və etimadın bərpası yolunda nə qədər əziyyətlərdən keçib. Balkan əhalisinin çəkdiyi əzablar dərin hörmət və ehtirama layiqdir!”

Giriş və xülasə də daxil olmaqla, kitab səkkiz fəsildən ibarətdir. Burda Qərbi Balkan ölkələrinin coğrafi koordinatları və strateji əhəmiyyətindən, qloballaşma şəraitindəki iqtisadiyyatından, üç dinin (pravoslav, katolik və islam) daşıyıcıları olan cənub slavyanlarının görkəmli tarixi şəxsiyyətlərindən (Kiril, Mefodi, Müqəddəs Savva, Sokollu Mehmet Paşa, Vuk Karaçiç, Bojidar Podqoriçanin, I Aleksandr Karacorceviç, II Petar Petroviç, İosif Broz Tito), elm və sənət adamlarından (Nikola Tesla, Mixaylo Pupin, İvo Andriç, Meşa Selimoviç, Frans Preşern, Miroslav Krleja, Milorad Paviç, Emir Kusturitsa), bu xalqların bəşər tarixinə verdikləri böyük töhfələrdən, eyni zamanda cənub slavyanlarının Bizans mənəvi modelinin təsir dairəsinə düşmüş incəsənətindən, katolik Romasının təsiri altındakı memarlığından, qədim kilsə və camilərindən, tarixi məkanlarından (Bled, Dubrovnik, Oxrid, Blaqay Təkyəsi, Cerdap və Durmitor milli parkları) və ayrı-ayı şəhərlərindən (Belqrad, Novi Sad, Zaqreb, Split, Sarayevo, Banyaluka, Mostar, Çetinye, Skopye, Bitola, Maribor və s.) geniş bəhs olunur.

Kitabın böyük bir bölümü Azərbaycanla Qərbi Balkan ölkələri arasındakı mədəni əlaqələrə, dostluq münasibətlərinə, iqtisadi-siyasi əməkdaşlığa həsr edilib. O cümlədən İkinci Dünya müharibəsində faşizmə qarşı yuqoslav partizanları ilə bir sırada mübarizə aparmış Mehdi Hüseynzadəyə xüsusi yer ayrılıb – əfsanəvi “Mixaylo”nun sloven kəndi Vitovedə həlak olduğu yerdən, həmçinin azərbaycanlı döyüşçülərdən formalaşdırılmış və Belqradın azadlığında müstəsna xidmətlər göstərmiş 223-cü Azərbaycan diviziyasından geniş söz açılır.

“Köhnə dostluq yeni zəmində” adlanan fəsildə Heydər Əliyevin hələ sovet dönəmində, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi 1986-cı ildə Yuqoslaviyanın paytaxtı Belqrada səfəri xatırlanır, qeyd olunur ki, SSRİ-nin parçalanmasından sonra Azərbaycan müstəqil şəkildə bu ölkələrlə diplomatik əlaqələr qurub və dostluq, əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə keçib. Müəllif vurğulayır ki, bu mərhələ rəsmi səfərlər baxımından xeyli zəngindir. Belə ki, təkcə elə 2005-2015-ci illərdə Azərbaycan prezidenti İlham Əliyevin Zaqrebə, Lyublyanaya, Podqoritsaya, Belqrada və qarşılıqlı olaraq Xorvatiya, Sloveniya, Monteneqro, Serbiya, Makedoniya, Bosniya və Herseqovina prezidentlərinin, baş nazirlərinin, xarici işlər nazirlərinin Azərbaycana səfərlərini göstərmək olar. Eldar Həsənov qeyd edir ki, görülən işlərin heyrətamiz həcmi də (Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda Dostluq parkının, görmə qabiliyyəti zəif olan uşaq və yeniyetmələr mərkəzinin və Bakı küçəsinin təmiri; Belqradda Taşmaydan parkı və Bayraqlı Caminin yenidən qurulması; Novi Pazarda mədəniyyət mərkəzinin, Petrovaradində Müqəddəs Petka kilsəsinin, Podqoritsada Kral parkı və Bakı küçəsinin abadlaşdırılması və s.) məhz bu qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsidir. Müəllif bildirir ki, sadalanan faktlar görülən işlərin cüzi bir qismidir və Qərbi Balkan ölkələrində aparılan bərpa və yenilənmə işləri eyni uğurla davam etdirilir.

Kitabda oxuculara Belqradın Taşmaydan parkında mərhum prezident Heydər Əliyevin abidəsinin ucaldılması, Novi Sad şəhərində, Dunay çayının sahilində Üzeyir Hacıbəylinin xatirə kompleksinin salınması, Monteneqroda – Podqoritsada şair, dramaturq Hüseyn Cavidin büstünün qoyulması barədə də məlumatlar verilir. Həmçinin Bakıda serb alimi Nikola Teslanın abidəsinin açılışından bəhs edilir.

Kitabdan o da bəlli olur ki, Serbiyada yalnız bir neçə ölkənin – Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya, ABŞ kimi böyük dövlətlərin mədəniyyət mərkəzi var və artıq Azərbaycan da bu sıraya daxildir. Mərkəzin işi mədəniyyət xadimləri, elm və təhsil müəssisələri ilə əlaqələr qurmaq, mədəni əməkdaşlığa şərait yaratmaqdır. Azərbaycan səfirliyinin təşəbbüsü ilə burda artıq serb və Çernoqoriya dillərində bir sıra kitablar nəşr olunub: “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” və professor Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli” kitabları, Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabı, Rəsul Rzanın “Rənglər” poeması, Elçinin “Ölüm hökmü”, Çingiz Abdullayevin “Balkan opponentləri”, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanları, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqəti” bukleti, “Erməni soyqırımı: miflər və gerçəklər”, “223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası” adlı sənədli kitablar və sair. Eləcə də 2011-ci ildə Milorad Paviçin məşhur “Xəzər lüğəti” romanı, 2015-ci ildə isə Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində” əsəri serbcədən dilimizə çevrilərək Bakıda nəşr olunub. Kitabda Azərbaycanın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin serb yazarları İvo Andriçin seçilmiş əsərlərini və Milorad Paviçin “Küləyin astar üzü” romanını dilimizə tərcümə etdiyi də qeyd olunur.

“Balkanların dostluq körpüsü boyunca” kitabında Eldar Həsənov yazır: “Mənim qənaətimə görə, ölkələrimizdə formalaşmış ictimai şüur milli və dini zəmində münaqişə yaratmağa yönəlik istənilən neqativ prosesin qarşısını almağa qadirdir. Millətlər arasında nifaq salmağa, ziddiyyətlər yaratmağa çalışan, işğal planları quran insanlar gec-tez tamamilə marjinallaşmağa və öz həmvətənləri tərəfindən ittiham edilməyə məhkumdur. Elə ona görə də Balkan və Cənub Qafqaz ölkələrinin gələcəyinə nikbin baxıram. Ölkələrimiz, xalqlarımız daha yaxşı gələcəyə layiqdir və bu yolda inamla addımlayırlar. Balkan ölkələrinə həsr olunmuş, böyük sevgiylə qələmə aldığım bu kitab da ümid edirəm ki, bizim bir-birimizi daha yaxşı başa düşməyimizə, deməli, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək…”

Novruz Mammadov

“Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xi...

  • 08 Oktyabr 2015
  • comments

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə ...

  • 08 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Mədəniyyət
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda