• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənilər nə yazırdılar?

  • 05 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

İsmayıl Vəliyev sovet dövründə Azərbaycanda erməni dilində çıxmış qəzetlərdən materialları dərc etməyə çağırır

Jurnalist, publisist İsmayıl Vəliyev yeni təkliflə çıxış edib. O, Novator.az-a bildirib ki, sovet dövründə Azərbaycanda erməni dilində nəşr olunmuş qəzetlərin nüsxələrini arxivlərdən götürüb araşdırmaq və həmin qəzetlərdə getmiş bir sıra materialları yenidən çap etmək lazımdır.

İsmayıl Vəliyev təklifini belə əsaslandırıb: “Ermənilərin bizə qarşı irəli sürdüyü iddialardan biri odur ki, guya onlar Azərbaycanda sıxışdırılıblar və guya onları 1980-ci illərin sonunda bizimlə münaqişəyə qalxmağa sövq edən əsas səbəb də bu olub. Halbuki həmin dövrdə Azərbaycanda erməni dilində 10-dan çox qəzet nəşr olunub. Heç bir başqa milli azlığın bu qədər dövri nəşri olmayıb. Elə bunun özü də erməni təbliğatına qarşı bir ciddi arqumentdir. Daha ciddi arqumentlər isə həmin qəzetlərin səhifələrindədir. Ermənilər Azərbaycandakı yaşayışları haqda öz dillərində çıxan qəzetlərdə öz dilləriylə nə yazıblar, nə deyiblər? Onlar Azərbaycan xalqı, yaşadıqları mühit haqda nə fikirdə olublar? Azərbaycana münasibətləri, Azərbaycanda onlara münasibət haqda nə yazıblar? Bax, erməni dilində çıxmış qəzetlər bu suallara cavab verə bilər.

Həmin qəzetlərin nüsxələri bizim kitabxanalarda və arxivlərdə bu günə kimi saxlanır. Erməni dilini bilən mütəxəssislərimiz, ziyalılarımız o qəzetləri nəzərdən keçirməli və erməni uydurmalarını puça çıxaran materialları müxtəlif dillərə tərcümə edərək yaymalıdır. Bu materialları elə erməni dilində erməni ictimaiyyətinin özünə də çatdırmaq olar. Məsələn, Bakıdan erməni dilində teleproqramlar yayılır. Həmin proqramlarda sözügedən qəzetlərdən mütəmadi olaraq materiallar təqdim etmək olar. Qoy erməni cəmiyyəti yaddaşını təzələsin və uydurmaları öz arqumentləri qarşısında aciz qalsın. Yəni biz ermənilərin öz dilləriylə dediklərindən öz saxta təbliğatları əleyhinə istifadə etməliyik”.

İsmayıl Vəliyev qeyd edib ki, o, arxivləri, kitabxanaları gəzərək vaxtilə Azərbaycanda erməni dilində nəşr olunmuş qəzetlərdən bir neçəsinin fotosurətini çıxarıb: “Məqsədim ölkəmizdə erməni uydurmalarına qarşı təbliğat aparan qrupların, mütəxəssislərin diqqətini bu məsələyə yönəltməkdir. Bu qəzetlərdəki materiallardan təbliğat işində istifadə eləmək gərəkdir. Çünki bunlar ermənilərin öz dedikləridir, öz yazdıqlarıdır”.

İsmayıl Vəliyev bu mövzuda Karabach.cz portalında məqalə ilə çıxış etdiyini də bildirib.

DSC_0009DSC_0010DSC_0004DSC_0007DSC_0003

Qırğızıstanda seçkini sosial demokratlar uddu

  • 05 Oktyabr 2015
  • comments

Avropa İttifaqında rouminq ləğv olunur

  • 05 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Media
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda