• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist vəsiqəsi seçkini izləməyə kifayət edir

  • 02 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib”. Trend-in məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Ə.Həsənov müəyyən nöqsanların olduğunu da söyləyib: “Heç bir ölkə bu nöqsanlardan sığortalanmayıb, lakin ümumi seçki nəticələrinə görə bu seçkilər ədalətli, demokratik keçib. İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazımi tədbirləri görüb”.

Mətbuat haqqında danışan Ə.Həsənov qeyd edib ki, KİV təmsilçilərinin seçki prosesini əvvəldən axıra qədər izləməsi üçün jurnalist vəsiqəsi kifayət edir: “Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır”.

Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: “Bu, bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır”.

 

“Skype”da ani tərcümə funksiyası

  • 02 Oktyabr 2015
  • comments

Təkayaq (izomorfizm)

  • 02 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda