• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert: “Pensiya yaşı 65-dək qaldırıla bilər”

  • 29 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 28-i Bakıda keçirilən beynəlxalq toplantıda çıxış edərkən pensiya yaşı məsələsinə toxunub. O deyib ki, insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır: “Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı aşağıdır, bu da bir uyğunsuzluq ifadə edir”.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır.

Elman Mehdiyevin açıqlamasını şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu Transparency.az-a deyib ki, pensiya yaşı gələn ildən 65-ə qaldırıla bilər: “Çünki Dövlət Sosial Müdafiə Fondunun maliyyə durumu pisləşir. Fondun maliyyə dayanıqlığına iki başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Onların sayı 1,3 milyona çatıb. Əmək pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar azalır. Xüsusilə də özəl sektordan.

Növbəti il üçün fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Dövlət büdcəsinin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə problem yaranacağı bəllidir.

Digər problem isə iş yerlərinin ixtisarı və əməkhaqqı fondunun kiçilməsidir. Pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda 1 pensiyaçıya 2 işləyən də düşmür. Görünür, pensiya-sığorta sistemində problemin ciddiliyi hökumətə başqa alternativ saxlamayacaq və gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər”.

Ekspert əlavə edib ki, BMT-nin insan inkişafına dair illik hesabatında Azərbaycanda orta ömür müddəti 67 yaş göstərilir: “Dövlət Statistika Komitəsi isə bildirir ki, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların orta yaş həddi isə 76,5 verilir”.

Marsda axar su tapılıb

  • 29 Sentyabr 2015
  • comments

İnternet mərkəzləri ekologiyanı korlayır

  • 29 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda