• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub

  • 28 Sentyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pyer Endryu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib. Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu bildirib. Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslara imkan vermədiyi diqqətə çatdırılıb.

Elmar Məmmədyarov bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.

Nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Lakin danışıqların nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaq.

Elmar Məmmədyarov atılacaq hər hansı addımın bütün məsuliyyətinin işğalçı və təcavüzkar dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

Azərbaycan səfirliyi Pekində erməni təxribatının q...

  • 28 Sentyabr 2015
  • comments

3 hərbçimiz şəhid olub. 7 düşmən məhv edilib

  • 28 Sentyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda