Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyəti başçıları harada anadan olublar? Transparency.az/cnews bununla bağlı arayış hazırlayıb.
Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov Türkmənistanda dünyaya gəlib.
Bakının rayonlarından Xətainin icra başçısı Razim Məmmədov, Pirallahının icra başçısı Vasif İmanov, Suraxanının icra başçısı İlqar Abbasov Ermənistan Respublikasında doğulublar.
Qaradağın icra başçısı Süleyman Mikayılov və Nəsiminin icra başçısı Asif Əsgərov Naxçıvan şəhərində anadan olublar.
Paytaxtın digər rayonlarına gəlincə, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Goranboyda, Xəzərin icra başçısı Gülağa İslamov Bakıda, Nərimanovun icra başçısı Abdin Fərzəliyev və Nizaminin icra başçısı Arif Qasımov Şərurda, Sabunçunun icra başçısı Adil Vəliyev Qubadlıda, Səbailin icra başçısı Eldar Əzizov Bakıda, Yasamalın icra başçısı İbrahim Mehdiyev Ağdaşda doğulub.
Ölkənin ikinci böyük şəhəri Gəncənin icra başçısı Elmar Vəliyev Yevlaxda dünyaya göz açıb.
Sumqayıtın icra başçısı Zakir Fərəcov Laçında, Mingəçevirin icra başçısı Niyazi Bayramov Bakıda doğulub.
Şirvana rəhbərlik edən Mərdan Camalov isə elə həmin şəhərdə dünyaya gəlib.
Digər bölgələrin icra başçıları bu şəxslərdir:
Abşeron – İradə Gülməmmədova, Şuşa
Ağcabədi – Şahin Məmmədov, Bərdə
Ağdam – Raqub Məmmədov, Ağdam
Ağdaş – Tofiq İbrahimov, Qəbələ
Ağstafa – Məhərrəm Quliyev, Lənkəran
Ağsu – Ənvər Seyidəliyev, Ağsu
Astara – Qəzənfər Ağayev, Naxçıvan şəhəri
Balakən – İslam Rzayev, Göyçay
Beyləqan – Vaqif Abdullayev, Ermənistan Respublikası
Bərdə – Vidadi İsayev, Ermənistan Respublikası
Biləsuvar – Mahir Quliyev, Kəlbəcər
Cəbrayıl – Mahmud Quliyev, Cəbrayıl
Cəlilabad – Əziz Əzizov, Cəbrayıl
Daşkəsən – Əhəd Abıyev, Masallı
Füzuli – Alı Alıyev, Füzuli
Gədəbəy – Ramiz Yediyarov, Ermənistan Respublikası
Goranboy – Nizaməddin Quliyev, Goranboy
Göyçay – Mübariz Ağayev, Ucar
Göygöl – Arif Seyidov, Göygöl
Hacıqabul – Əhməd Muxtarov, Yevlax
Xaçmaz – Şəmsəddin Xanbabayev, Ordubad
Xızı – Xəzər Aslanov, Bakı
Xocalı – Şahmar Usubov, Xocalı
Xocavənd – Eyvaz Hüseynov, Xocavənd
İmişli – Vilyam Hacıyev, Göygöl
İsmayıllı – Mirdaməd Sadıqov, İsmayıllı
Kəlbəcər – Aqil Məmmədov, Kəlbəcər
Kürdəmir – Ceyhun Cəfərov, Yevlax
Qax – Musa Şəkiliyev, Qax
Qazax – Ayaz Əsgərov, Tovuz
Qəbələ – Səbuhi Abdullayev, Bakı
Qobustan – Adil Məmmədov, Oğuz
Quba – Yaşar Məmmədov, Bakı
Qubadlı – Malik İsaqov, Qubadlı
Qusar – Şair Alxasov, Qusar
Laçın – Akif Səlimov, Laçın
Lerik – Rövşən Bağırov, Bakı
Lənkəran – Taleh Qaraşov, Kürdəmir
Masallı – Rafil Hüseynov, Bərdə
Naftalan – Natiq Aslanov, Naftalan
Neftçala – İsmayıl Vəliyev, Gəncə
Oğuz – Eyvaz Qurbanov, Oğuz
Saatlı – Siraqəddin Cabbarov, İmişli
Sabirabad – Nazim İsmayılov, Göyçay
Şabran – Novruz Novruzov, Lerik
Salyan – Tahir Kərimov, Sədərək
Şamaxı – Asif Ağayev, Sabirabad
Samux – Alı Qocayev, Qazax
Şəki – Elxan Usubov, Mingəçevir
Şəmkir – Alimpaşa Məmmədov, Salyan
Şuşa – Bayram Səfərov, Şuşa
Tərtər – Müstəqim Məmmədov, Yevlax
Tovuz – Tofiq Zeynalov, Tovuz
Ucar – Mənsur Məmmədov, Ucar
Yardımlı – Sevindik Hətəmov, Laçın
Yevlax – Qoca Səmədov, Yevlax
Zaqatala – Mübariz Əhmədzadə, Qax
Zəngilan – Ramiz Həsənоv, Cəbrayıl
Zərdab – Lütvəli Babayev, Zərdab.
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.